Modern.az

Ararat Mirzoyan Türkiyəyə nə zaman gedəcəyindən danışdı

Ararat Mirzoyan Türkiyəyə nə zaman gedəcəyindən danışdı

2 Mart 2022, 17:58

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Antalya şəhərində keçiriləcək diplomatik forumda erməni tərəfinin iştirakı ilə bağlı hələlik qərarın olmadığını bəyan edib.

 

Modern.az xəbər verir ki, nazir bunu parlamentdə “hökumət saatı” zamanı deyib.

 

Ararat Mirzoyan “İndi dünyada hadisələr çox sürətlə inkişaf edir, dünya hər gün, hər saniyə dəyişir. Forumun tarixi yaxınlaşan kimi biz qərar verəcəyik" söyləyib.

 

Diplomatik forumun martın 11-13-də keçirilməsi planlaşdırılır.

 

Mirzoyan Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin fevralın 24-də Vyanada keçirilən ikinci görüşünün nəticələrini də müsbət qiymətləndirib. Nazirin sözlərinə görə, tərəflər təsdiqləyiblər ki, danışıqlar prosesi ilkin şərt olmadan gedir və son məqsəd münasibətlərin normallaşması və sərhədlərin açılmasıdır.

 

O, həmçinin vurğulayıb ki, birinci - yanvar görüşündən fərqli olaraq, danışıqların ikinci raundunda daha konkret detallar var.



“Eyni zamanda, ən azı onilliklər ərzində yığılıb qalmış problemlərin həll edilməli olduğunu nəzərə alsaq, ikinci görüşdən daha nəzərəçarpacaq nəticələr gözləmək çətindir”.

 

Mirzoyan onu da bildirib ki, xüsusi nümayəndələrin yeni iclasının vaxtı və yeri ilə bağlı hələlik qərar yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI