Modern.az

Müdafiə Nazirliyi qalmaqallı şəkillə bağlı AÇIQLAMA verdi

Müdafiə Nazirliyi qalmaqallı şəkillə bağlı AÇIQLAMA verdi

Ölkə

21 Yanvar 2013, 15:42


Azərbaycan Müdafiə Nazirliyi “N” saylı hərbi hissənin əsgəri Ülvi Namazlının Facebook sosial şəbəkəsində paylaşdığı şəkillə bağlı rəsmi açıqlama verib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki,  “N” saylı hərbi hissənin əsgəri Namazlı Ülvi Eldəniz oğlunun sosial şəbəkələrdə paylaşdığı fotoşəkillə bağlı araşdırma başlanılıb.

"İlkin məlumatlara görə, eyni çağırışdan və eyni bölgədən olan əsgərlərin Gəncə şəhərinə istəklərini ifadə etmək üçün belə vasitəyə əl atdıqları bildirilir. Buna baxmayaraq Müdafiə Nazirliyi Hüquq İdarəsinin apardığı araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Bəzi informasiya vasitələrinin əsgər Namazlı Ülvinin zabit qismində təqdim edilməsinin də yalnış olduğunu diqqətə çatdırırıq"-deyə nazirlik bəyan edib. 


Qeyd edək ki, dünən Facebook sosial şəbəkəsində özünü Ülvi Namazlı adlı zabit kimi təqdim edən şəxsin adından "N" saylı hərbi hissədə çəkilmiş foto yayılıb. Sosial şəbəkədə narazılığa səbəb olan bu foto böyük hay-küyə, qalmaqala səbəb olub. Əksəriyyət bu şəkildə əks olunan hadisəni “dedovşina” kimi qiymətləndirib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!