Modern.az

Bakıda bina partladı: xəsarət alan var

Bakıda bina partladı: xəsarət alan var

21 Yanvar 2013, 15:49

Bakının Qaradağ rayonunda güclü partlayış olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasında partlayış olub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası dərhal hadisə yerinə cəlb olunmuş, aidiyyəti qurumlar məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, binanın 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan ikiotaqlı mənzilin qapı-pəncərə çərçivələri və eyvanı dağılıb, 1-ci mərtəbədən 3-cü mərtəbəyədək eyvanlar qismən dağılmış, qapı-pəncərə şüşələrində və üzbəüz beşmərtəbəli yaşayış binasının 4-cü və 5-ci mərtəbələrində pəncərə şüşələrində qismən qırılmalar olub. Yanğın olmayıb. Partlayış zamanı evdə olan 2 nəfər xəsarət alıb, onlardan biri xəstəxanaya aparılıb. Hadisə yerinə cəlb olunmuş xilasedicilər 31 nəfər bina sakinini təxliyyə edib və müvafiq təhlükəsizlik tədbirləri görüblər.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi