Modern.az

Türkiyədə maska qadağaları ləğv OLUNDU

Türkiyədə maska qadağaları ləğv OLUNDU

2 Mart 2022, 20:00

Türkiyədə tibbi maska ilə bağlı bütün qadağalar ləğv olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

"Artıq açıq yerlərdə maska ​​taxmaq lazım deyil, HES kod tətbiqi yığışdırılıb, qapalı yerlərdə havalandırma kifayət qədər olarsa, maska ​​taxılmayacaq", - deyə nazir qeyd edib.

 

F.Qoca açıqlamasında simptomları olmayanlardan artıq PCR testlərinin tələb olunmayacağını, məktəblərdə müsbət hal baş verdikdə yalnız koronavirusa yoluxan şagirdin təcrid olunacağını bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu