Modern.az

Toyota şirkəti də Rusiyadan gedir

“Toyota” şirkəti də Rusiyadan gedir

2 Mart 2022, 20:28

Yaponiyanın "Toyota Motor" şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın "Nikkei" qəzeti məlumat yayıb.

 

Buna səbəb kimi xaricdən ehtiyat hissələrinin tədarükü ilə bağlı problemlər göstərilir.

 

Bundan əlavə, "Toyota" Rusiyaya ixracını da dayandıracaq. Ölkədə avtomobillər ehtiyatları tükənənə qədər satılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu