Modern.az Avropa Şurasının Parlament Assambleyasının rəsmi saytına istinadən xəbər verir ki, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk iclasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən vitse-prezident seçilib.
AŞPA-nın prezidenti Jan-Klod Minyon seçilib. Azərbaycanla yanaşı digər ölkələrin – Malta, İspaniya, Lüksemburq, Serbiya, Monako, Polşa, Almaniya, İsveçrə, Türkiyə, Belçika, Slovakiya, İsveç, Rusiya, Fransa, Çernaqoriya, İtaliya, Birləşmiş Krallıq, Avstriya kimi ölkələrin də vitse-prezidentləri məlum olub.
Modern.az