Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə davam edən hərbi əməliyyatları Vətən müharibəsi adlandırıb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə xalqa müraciətində bildirib.
“Biz ukraynalılar üçün bu, Vətən müharibəsidir. Bu cür müharibələrin necə başladığını xatırlayırıq. Biz onların işğalçılar üçün necə bitdiyini bilirik. Hara getsələr, hər yerdə məhv olacaqlar. İşğalçılar ukraynalılardan cavab alacaqlar”, - deyə o vurğulayıb.
Həmçinin oxuyun:
Zelenski Rusiya ordusunun itkilərini AÇIQLADI