Modern.az

Neftin qiyməti 116 dolları ÖTDÜ

Neftin qiyməti 116 dolları ÖTDÜ

3 Mart 2022, 08:10

“Brent” markalı neftin qiyməti 2013-cü ildən bəri ilk dəfə olaraq 116 dolları keçib.

 

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə ticarət platformasından bildirilib.

 

Məlumata görə, “Brent” markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollara çatıb.

 

Qərbi Texas markalı neftinin aprel fyuçersləri isə 2,8 faiz artaraq 113,70 dollar təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi