Modern.az

Bakı-Həştərxan reysi ləğv olundu

Bakı-Həştərxan reysi ləğv olundu

3 Mart 2022, 09:14

“Buta Airways” aviaşirkəti Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar martın 3-ü cümə axşamına planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

 

Aviaşirkətdən Modern.az-a daxil olan məlumata görə, mövcud vəziyyətlə əlaqədar olaraq ləğv edilmiş reysin sərnişinləri biletləri digər tarixlərə dəyişdirə və ya cərimələr tətbiq edilmədən geri qaytara bilərlər.

 

Bütün sərnişinlərdən ən son uçuş məlumatlarını aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində izləmələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi