Modern.az

Ter-Petrosyan Qarabağ münaqişəsinə görə erməni ziyalılarını qınadı 

Ter-Petrosyan Qarabağ münaqişəsinə görə erməni ziyalılarını qınadı 

Qarabağ

3 Mart 2022, 09:43

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 80-ə yaxın erməni ziyalının ölkə hakimiyyətinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesini bərpa etməyə çağıran müraciətinə münasibət bildirib.
 

Modern.az xəbər verir ki, Ter-Petrosyanın fikrincə, müraciət müəllifləri vaxtilə münaqişənin qarşılıqlı güzəştlər əsasında həllini açıq şəkildə tələb etməyə cəsarət etməli idilər. Belə olan halda, o, əmindir ki, erməni xalqı bu gün belə acınacaqlı vəziyyətdə olmazdı.

Ermənistan dövlətinin keçmiş başçısı bildirib ki, vaxtında münaqişə kompromislər yolu ilə həll olunsaydı, sonradan erməni xalqının başına gələn bir çox fəlakətlər də olmayacaqdı.

"Mən əminəm ki, əgər bu müraciəti imzalayan ziyalılar vaxtında Qarabağ məsələsinin kompromislər əsasında həll edilməsi xahişi ilə Ermənistan hakimiyyətinə açıq müraciət etməyə cəsarət etsəydi, xalqımız heç vaxt bugünkü acınacaqlı vəziyyətə düşməzdi”.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-da yekunlaşan II Qarabağ müharibəsi nəticəsindən Azərbaycanın 30 ilə yaxın işğalda qalan rayonları düşməndən təmizlənib.
44 gün davam edən müharibənin yekununda Rusiya, Ermənistan və Azərbaycan dövlət başçıları - Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev Qarabağda atəşkəs haqqında birgə bəyanat qəbul ediblər. Atəşkəsə nəzarət etmək üçün münaqişə zonasına Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi