Modern.az

Azərbaycan nefti 116 dolları ÖTDÜ

Azərbaycan nefti 116 dolları ÖTDÜ

3 Mart 2022, 10:08

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti növbəti dəfə yüksəlib.

 

Modern.az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,2 ABŞ dolları, yaxud 3,75 % artaraq 116,1 ABŞ dollarına çatıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi