Modern.az

Ermənistan parlamenti ilk turda Xaçaturyanı prezident seçə bilmədi

Ermənistan parlamenti ilk turda Xaçaturyanı prezident seçə bilmədi

3 Mart 2022, 10:27

Ermənistan parlamenti ilk turda ölkənin yeni prezidentini seçə bilməyib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, prezidentliyə yeganə namizəd Vahan Xaçaturyan səsvermənin ilk turunda 69 deputatın səsini alıb. Halbuki, ona prezident seçilmək üçün 81 səs lazım idi.

Qeyd edək ki, səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasının deputat fraksiyası iştirak edib.

Müxalifətdə olan “Ermənistan” və “Şərəfim var” fraksiyaları seçkiləri boykot edib.

İkinci turda Ermənistan prezidenti seçilməsi üçün V.Xaçaturyana 65 səs lazımdır. Güman olunur ki, növbəti turda hakim “Vətəndaş müqaviləsi” partiyası istəyini gerçəkləşdirə biləcək və Vahan Xaçaturyan prezident seçiləcək.

İkinci turun səsverməsi bu gün keçiriləcək.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI