Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun (“Zəngəzur dəhlizi”) iqtisadi məqsədəuyğunluğu barədə açıqlama verib.
Modern.az xəbər verir ki, Ermənistan hökuməti Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun 20 illik rentabelliyini təxmini hesablama ilə 226 milyon dollar dəyərində təsdiqləyib.
Baş nazirin müavini Mqer Qriqoryan bəyan edib ki, bu qərar indikativ rəqəmlər əsasında qəbul edilib və indi dərin hesablamalar aparılmalıdır.
“Bu gün xarici mütəxəssislərin hesablamalarına görə, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə işlər təxminən 226-230 milyon dollar təşkil edəcək və 36 aya qədər davam edəcək”.
M.Qriqoryan bildirib ki, Ermənistanın “Zəngəzur dəhlizin” vasitəsilə gəliri ən azı 5 faizə çatacaq ki, bu da pis deyil.