Modern.az

Putin Ermənistanın yeni prezidentini təbrik edib

Putin Ermənistanın yeni prezidentini təbrik edib

Dünya

3 Mart 2022, 18:00

Rusiya prezidenti Vladimir Putin Vahan Xaçaturyanı Ermənistan prezidenti seçilməsi münasibətilə təbrik edib.

Modern.az xəbər verir ki, bu barədə cümə axşamı Kremlin mətbuat xidməti məlumat yayıb.

“Əminəm ki, bu yüksək vəzifədəki fəaliyyətiniz Rusiya-Ermənistan müttəfiqlik münasibətlərinin daha da inkişafına və qarşılıqlı faydalı Avrasiya inteqrasiya proseslərinin təşviqinə - qardaş xalqlarımızın mənafeyi naminə, regional təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi maraqlarına xidmət edəcəkdir. ", - Rusiya lideri qeyd edib.

Martın 2-də Ermənistan parlamenti ikinci turda Vahan Xaçaturyanı respublika prezidenti seçib. Onun namizədliyinin lehinə 71 deputat – hakim “Mülki müqavilə” fraksiyasının bütün nümayəndələri səs verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu