Modern.az

4 milyona yaxın insan Ukraynanı tərk edə bilər - BMT

4 milyona yaxın insan Ukraynanı tərk edə bilər - BMT

Dünya

3 Mart 2022, 18:19

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesablamalarına görə, bir milyon insan məcburi köçkün vəziyyətinə düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet məlumat verib.

 

O bildirib ki, 1 040 000 qaçqın son həftədə qonşu ölkələrə keçib, əksər hallarda velosipedlə və ya piyada soyuq havada yol gediblər.

 

"Qarşıdurma davam edərsə, yaxın həftələrdə dörd milyona yaxın insan ölkəni tərk edə bilər", - deyə Baçelet qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu