Modern.az

170 azərbaycanlı Odessadan təxliyə olundu - FOTO

170 azərbaycanlı Odessadan təxliyə olundu - FOTO

Diaspor

3 Mart 2022, 18:33

Odessa Azərbaycanlılarının Diasporu “Birlik” İctimai Təşkilatının sədri Rövşən Quliyevin verdiyi məlumata görə, bu gün 170 soydaşımız Diasporla İş üzrə Dövlət Komitəsinin və diaspor təşkilatlarının təşkilatçılığı ilə Odessa yerləşən Azərbaycan Evinin qarşısından Moldovaya yola salınıb və onların yaxın günlərdə Moldovadan Azərbaycana təxliyə olunacağı gözlənilir.  

 

Bu barədə Modern.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlər Komitəsi Azərbaycan hökumətinin tapşırığı ilə digər dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir və Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanlarını səfərbər edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu