Çerniqova aviazərbələr nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.
Modern.az xəbər verir ki, Rusiya ordusunun hücumu zamanı daha 18 nəfər isə yaralanıb.
Məlumata görə, axtarış-xilasetmə işləri hücumların intensivləşməsi səbəbindən müvəqqəti dayandırılıb. Ölü sayının artacağı istisna edilmir.
***
20:40
Ukraynanın Çerniqov vilayətində yaşayış binalarına atılan raket zərbələri nəticəsində ölənlərin sayı artıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, xilasedicilər dağıntılar altından 22 nəfərin cəsədini çıxarıblar. Həlak olanların sayının artacağı istisna edilmir.