Rusiya Prezidenti Vladimir Putin ölkənin Təhlükəsizlik Şurasının üzvləri ilə iclas keçirib.
Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, iclasda Ukraynada davam edən hərbi əməliyyatlarla bağlı son vəziyyət müzakirə olunub.
Putin bildirib ki, Ukraynada Rusiya ordusunun həyata keçirdiyi əməliyyatlar plan üzrə aparılır. Onun sözlərinə görə, bütün vəzifələr uğurla icra olunur.
Bundan əlavə, Putin çıxışında rusların və ukraynalıların bir xalq olduğunu diqqətə çatdırıb.