Modern.az

SOCAR və “Transgaz” arasında memorandumun müddəti uzadıldı

SOCAR və “Transgaz” arasında memorandumun müddəti uzadıldı

3 Mart 2022, 22:19

SOCAR və Rumıniyanın “Transgaz” şirkəti arasında 2016-cı ildə imzalanmış Qarşılıqlı Anlaşma Memorandumunun daha 6 il uzadılmasına dair sənəd imzalanıb.

 

Modern.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf feysbuk hesabında yazıb.

 

"SOCAR-ın Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Rumıniyanın Energetika naziri Virgil-Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal ilə görüşdə enerji sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib", - Rövşən Nəcəf qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi