Ukraynaya hücum zamanı ölən Rusiya hərbçilərinin ailələrinə veriləcək təzminatın məbləği açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq göstəriş verib.
Bildirilir ki, ölən hərbçilərin ailələrinə 5 milyon rubl veriləcək.
Xatırladaq ki, Ukrayna Rusiya tərəfinin 9 mindən çox hərbçisinin öldüyünü, Rusiya isə 500-ə yaxın hərbçi itirdiyini bildirir.