Modern.az

Türkiyə atəşkəs razılaşmasını DƏSTƏKLƏDİ

Türkiyə atəşkəs razılaşmasını DƏSTƏKLƏDİ

3 Mart 2022, 23:11

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ukraynalı həmkarı Dmitri Kuleba arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

 

Nazirlər telefon söhbəti zamanı Ukraynadakı cari vəziyyəti müzakirə ediblər.

 

Çavuşoğlu tərəflərin mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizin yaradılmasına dair razılığa gəlməsindən Türkiyənin məmnun olduğunu vurğulayıb.

 

XİN başçısı əlavə edib ki, dəhliz bir tərəfdən Türkiyə vətəndaşlarının təxliyəsini təmin edəcək, digər tərəfdən humanitar yardımların çatdırılmasını asanlaşdıracaq.

 

Qeyd edək ki, bu gün Rusiya və Ukrayna humanitar dəhlizlərin təşkili üçün müvəqqəti atəşkəslə bağlı razılığa gəlib.

 

Həmçinin oxuyun:

Rusiya və Ukrayna müvəqqəti atəşkəs elan etdi

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu