Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos şəhərində keçirilən ənənəvi illik Dünya İqtisadi Forumunda iştirak etmək üçün yanvarın 22-də İsveçrə Konfederasiyasına işgüzar səfərə yola düşüb. Modern.az prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Modern.az