Modern.az

Azərbaycan Ordusunun əsgəri həlak oldu

Azərbaycan Ordusunun əsgəri həlak oldu

Hadisə

4 Mart 2022, 09:46

Martın 3-ü hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyə olunub.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu