Türkiyədə hərbçiləri aparan mikroavtobus qəzaya uğrayıb.
Modern.az xəbər verir ki, Tokat vilayətində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir hərbçi həlak olub, üçü xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı təhqiqat aparılır.