Modern.az

Buraxılış imtahanının günləri dəyişdirilir?

Buraxılış imtahanının günləri dəyişdirilir?

Təhsil

4 Mart 2022, 11:11

Martın 5-i tarixində 11-ci siniflər üçün keçirilməsi nəzərdə tutulan imtahanların vaxtında heç bir dəyişiklik nəzərdə tutulmur.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iş günlərinin yerinin dəyişdirilməsinin imtahan günlərinə təsirilə bağlı suala aydınlıq gətirilərkən bildirilib.

 

Rəsmi məlumata görə, imtahanlar qeyd olunan tarixdə keçiriləcək.

 

Qeyd edək ki, 5-6 Mart tarixlərində 11-ci siniflər üçün ilkin buraxılış imtahanları keçiriləcək.

 

Xatırladaq ki, Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, 2022-ci il 7 mart iş günü ilə 5 mart istirahət gününün yerləri dəyişdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...