Modern.az

Pandemiya artıq bitib, karantin qaydaları ləğv edilsin! – Həkimdən TƏKLİF

Pandemiya artıq bitib, karantin qaydaları ləğv edilsin! – Həkimdən TƏKLİF

Aktual

4 Mart 2022, 12:06

Bəzi qonşu ölkələrdə COVID-19 məhdudiyyətləri aradan qaldırılıb. Özəliklə qapalı məkanlarda maskadan istifadə qadağası götürülüb. Son günlər Azərbaycanda da yoluxma sayında kəskin azalma müşahidə edilir.

 

Operativ Qərargahın dünən açıqladığı rəsmi statistikaya əsasən COVID-19 infeksiyasına 570 yeni yoluxma faktı qeydə alınıb, 1784 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər isə koronavirus səbəbindən vəfat edib.

 

Qonşu ölkələrlə yanaşı, Azərbaycanda da karantin qaydalarının yumşaldılması gözlənilir. Bəs, hazırda ölkəmizdə maska qadağasının ləğvi real görünürmü?

 

 

Bu barədə Modern.az-a danışan həkim-radioloq Aydın Əliyev bildirib ki, artıq karantin qaydaları yumşaldılmalıdır.

 

Həkim bütün karantin qaydalarının ləğv edilməsini təklif edib:

 

"Pandemiya artıq bitib, ölkəmizdə koronavirusun heç bir təhlükəsi yoxdur. Yoluxma sayı da azalıb, ağırlaşma sayı minimuma enib. Karantin qaydalarını ləğv edilməlidir. Həmçinin yaxşı olar ki, qapalı yerlərdə maskadan istifadə tələbi ləğv olunsun, insanlara cərimələr yazılmasın.

 

Bundan əlavə, uçuş zamanı tələb olunan COVID-19 testləri ləğv edilməlidir. Qapalı yerlərdə toplaşma sayındakı məhdudiyyət də aradan qaldırılmalıdr. İnsanlar rahat yaşasın, grginlik aradan qalxsın".

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi