Modern.az

Parlament bələdiyyələrin siyahısında dəyişiklik etdi

Parlament bələdiyyələrin siyahısında dəyişiklik etdi

Parlament

4 Mart 2022, 13:10

Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilir.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı məsələyə Milli Məclisin martın 4-də keçirilən iclasında baxılıb.

 

Toplantıda “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

 

Layihəyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.

 

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza