Modern.az

Avropa İttifaqı “İpək Yolu” ilə tanışdır

Avropa İttifaqı “İpək Yolu” ilə tanışdır

22 Yanvar 2013, 13:51

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər ittifaqının sədri, millət vəkili Fuad Muradov Avropa İttifaqının  Azərbaycandakı səfiri Roland Kobia ilə görüşüb. Təşkilatın mətbuat xidmətinin verdiyi məlumata görə, görüş zamanı F. Muradov rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə Kobiaya məlumat verib.  Deputat vurğulayıb ki, qədim “İpək yolu” Şərqi Avropa ilə birləşdirən ticarət yolu olsa da mədəniyyətlərarası dialqoun yaranmasında, Avropa ölkələri ilə inteqrasiya prosesinin formalaşmasında öz töhfələrini verib.  Rolan Kobia “İpək Yolu” BGT- nin Avropa gəncləri ilə münasibətlərin yaradılması üçün apardığı işi yüksək qiymətləndirib. Avropa İttifaqının səfiri vurğulayıb ki, çağdaş dövrdə problemlərin həll edəcək əsas prioritetlərdən biri qarşılqılı etimad və inteqrasiya prosesidir.

Daha sonra F. Muradov və Kobia fevralda Bakıda keçiriləcək AVRONEST –in sessiyası barədə müzakirə aparıblar. Qeyd edək ki, Kobia bu qurumun Bakı sessiyasına dəvət edilib.


Modern.az

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi