Modern.az

Putin Rusiyanın qonşularına xəbərdarlıq etdi: “Əgər kimsə...”

Putin Rusiyanın qonşularına xəbərdarlıq etdi: “Əgər kimsə...”

4 Mart 2022, 16:01

Prezident Vladimir Putin qonşu ölkələri Rusiya ilə münasibətləri gərginləşdirməməyə və pisləşdirməməyə çağırıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidentinin çağırışında deylir:

“Əgər kimsə Rusiya Federasiyası ilə əməkdaşlıq etmək istəmirsə, biz qarşımızda duran vəzifələri həll edəcəyik, çünki biz yeni səlahiyyətlərə yiyələnəcəyik”.

“Bir daha qeyd etmək istəyirəm ki, bizim qonşularımıza qarşı heç bir pis niyyətimiz yoxdur. Mən də onlara vəziyyəti gərginləşdirməməyi, heç bir məhdudiyyət qoymamağı tövsiyə edərdim, biz bütün öhdəliklərimizi yerinə yetiririk və yerinə yetirməyə davam edəcəyik”, - Putin vurğulayıb.

Rusiya liderinin sözlərinə görə, xarici tərəfdaşların Rusiya ilə birgə layihələrdən imtina etməsi zərərlidir, lakin qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu