Modern.az

Davtyan Rusiyanın hərbi prokuroru ilə Qarabağdan danışdı

Davtyan Rusiyanın hərbi prokuroru ilə Qarabağdan danışdı

Qərbi Azərbaycan

4 Mart 2022, 16:46

Ermənistanın baş prokuroru Artur Davtyan regional səfər çərçivəsində İrəvana gələn Rusiya Federasiyasının baş hərbi prokuroru Valeri Petrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, görüş zamanı iki ölkənin prokurorluq sistemləri arasında qurulan əməkdaşlıq müzakirə olunub.

Tərəflər Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin və Rusiya Silahlı Qüvvələrinin Zəngəzurda sərhəddə xidmət edən bölmələrinin regional sabitlik və gərginliyin aradan qaldırılması məsələsindəki rolunu müzakirə ediblər.

Davtyan qeyd edib ki, Ermənistan və Qarabağda yerləşdirilən Rusiya hərbçiləri Ermənistan Silahlı Qüvvələri və “Qarabağ Müdafiə Ordusu” ilə birlikdə erməni əhalisi üçün təhlükəsizlik təminatları yaradır, xüsusilə təmas xəttinə yaxın yaşayış məntəqələrində normal yaşayışı təmin edir.

Vurğulanıb ki, Rusiya prokurorluğunun Qarabağdakı nümayəndələrinin fəaliyyəti Rusiya hərbi kontingenti arasında asayişin təmin edilməsinə, əhali ilə münasibətlərdə qarşılıqlı etimadın artırılmasına töhfə verir.

Görüş zamanı Ermənistanın baş prokuroru Azərbaycandan şikayətlənib, erməni hərbi əsirlərin geri qaytarılması məsələsindən danışıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI