Modern.az

Zaporoyje AES-dəki yanğında ölənlər var

Zaporoyje AES-dəki yanğında ölənlər var

4 Mart 2022, 17:32

Ukraynanın Xarici İşlər Nazirliyi Rusiyanın Ukrayna Atom Elektrik Stansiyasını atəşə tutması nəticəsində baş verən yanğında bir neçə nəfərin öldüyünü və ya yaralandığını bildirib.


Modern.az xarici mətbuata istinadən xəbər verir ki, nazirlik hadisə ilə bağlı "Facebook" hesabında açıqlama yayıb.


“İşçilər Zaporojye zavodunun təhlükəsiz işləməsini və radiasiya səviyyəsinin hazırda normal olduğundan əminlik üçün onu izləyirlər. Lakin enerji bloklarının daxilində nüvə yanacağının soyudulması prosesi pozularsa, genişmiqyaslı radioaktiv ziyan ola bilər. Minlərlə insan, o cümlədən hazırda davam edən atəş və döyüşlər səbəbindən zavodun yaxınlığındakı ərazidən təxliyə edilə bilməyən mülki vətəndaşlar bundan zərər çəkəcəklər”, - bəyanatda deyilib.

 

Bildirilib ki, Rusiya şüurlu şəkildə nüvə stansiyasına silahlı hücum edib və bu, MAQATE (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) daxilindəki bütün beynəlxalq razılaşmaları pozub.


Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu