Almaniya Kansleri Olaf Şolts və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Bir saat davam edən söhbət zamanı Kansler Putini hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.
Bundan əlavə, Şolts Putindən döyüş gedən bəzi bölgələrə humanitar yardımın göndərilməsinə icazə verməyi tələb edib. Eyni zamanda liderlər danışıqları davam etdirməyə razılaşıblar.