Modern.az

Zelenski ölkədən qaçmayıb, Kiyevdədir

Zelenski ölkədən qaçmayıb, Kiyevdədir

4 Mart 2022, 19:35

Bu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün teleqram kanalında Ukrayna Prezidenti Volodimir Zelenskinin Polşaya qaçdığını iddia edib.

 

Modern.az xəbər verir ki, Ukrayna tərəfi bu məlumatı təkzib edib.

 

Ukrayna Dövlət Xüsusi Rabitə Xidməti bildirib ki, Rusiya infornasiya müharibəsi aparmağa davam edir. Ölkə başçısı hazırda Kiyevdədir.

 

"Onlar Prezident Volodimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxta məlumat yayıblar. Bu, həqiqətə uyğun deyil. Prezident Kiyevdədir. O, öz xalqının yanındadır! Bu məlumatı Xerson vilayətindən olan tanışlarınıza, dostlarınıza, qohumlarınıza bütün mümkün vasitələrlə çatdırın", - deyə məlumatda bildirilir.

 

Həmçinin oxuyun:

Zelenski Ukraynanı tərk edib - Rusiyadan İDDİA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu