Modern.az

Putin Ukrayna ilə növbəti görüşün vaxtını AÇIQLADI

Putin Ukrayna ilə növbəti görüşün vaxtını AÇIQLADI

4 Mart 2022, 20:30

Rusiya və Ukrayna arasında danışıqların üçüncü mərhələsi bu həftənin sonu baş tutacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı zamanı bildirib.

 

Qeyd edək ki, bu gün Şolts və Putin arasında telefon danışığı olub. Tərəflər 1 saatdan artıq Ukrayna məsələsini müzakirə edib.

 

Xatırladaq ki, Ukrayna və Rusiya arasında danışıqların ilk raundu Belarusda baş tutub. Dünən keçirilən ikinci görüşdə mülki şəxslər üçün humanitar dəhlizlə bağlı razılıq əldə edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu