Modern.az

Türkiyə Rusiya təyyarələri üçün səmanı açıq saxlayacaq

Türkiyə Rusiya təyyarələri üçün səmanı açıq saxlayacaq

4 Mart 2022, 22:47

Türkiyə hava məkanını Rusiya təyyarələri üçün bağlamayacaq.

 

Modern.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

 

“Təkcə Türkiyə üçün deyil, həm də Rusiyaya qarşı sanksiyaları tətbiq edən ölkələr və onların vətəndaşları üçün hava məkanının həm strateji, həm də humanitar baxımdan açıq olması vacibdir”, - deyə Çavuşoğlu Ankaranın mövqeyini bəyan edib.

 

Qeyd edək ki, ABŞ, Kanada, eləcə də Avropa İttifaqı ölkələri Rusiya üçün hava məkanını bağlayıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu