Modern.az

Ukrayna ordusu Qostomeli GERİ ALDI

Ukrayna ordusu Qostomeli GERİ ALDI

Dünya

5 Mart 2022, 00:27

Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini Rusiya hərbçilərindən geri alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

 

Döyüşlər zamanı onlarla rusiyalı əsgərin həlak olduğu bildirilib. Bundan əlavə, Ukrayna hərbçiləri silah, texnika və rus hərbçilərinə məxsus şəxsi sənədləri ələ keçiriblər. 

 

Qeyd olunub ki, Qostomel şəhəri hazırda Ukrayna qoşunlarının nəzarəti altındadır.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu