Modern.az

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi şikayətlərin sayını açıqladı

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi şikayətlərin sayını açıqladı

22 Yanvar 2013, 15:44

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) “141 qaynar xətti”nə 2012-ci ildə daxil olan zənglər üzrə statistik göstəriciləri təqdim edib. Modern.az-ın məlumatına görə, mərkəzin “141 qaynar xidməti” 2012-ci ilin aprel ayında işə salınıb və fəaliyyətinin 9 ayı ərzində 14572 zəng daxil olub. Aidiyyatı zənglərin 46%-i şikayətlər, 53% -i məlumat xarakterli sorğular, 1% isə təkliflər təşkil edib.

“NİİM daxil olan zənglər əsasında da ciddi işlər görür. Təklif xarakterli zənglər NİİM tərəfindən araşdırılır və gələcəkdə onların həyata keçirilməsi mümkün olub-olmamasına baxılır. Bundan başqa irad xarakterli sorğular nəzərə alınaraq, müzakirə olunur və onlar üzərində işlərə başlanılır. Mərkəzin fəaliyyətinə aid olmayan zənglər, sorğular isə müvafiq aidiyyatı orqanlara yönləndirilir”-deyə mərkəzdən bildirilib.       

Qeyd edək ki, mərkəzin qaynar xətti həftənin 7 günü səhər saat 9-dan axşam saat 18-dək fəaliyyət göstərir. Sakinlər “141 qaynar xətti”nə zəng edərək NİİM-in fəaliyyəti, fəaliyətinə daxil olan xidmətlər, yollardakı vəziyyət haqqında və s. məlumat əldə edə bilərlər.  

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi 2009-cu ilin aprelindən tikintisinə başlanıb və 2011-ci ilin sonundan etibarən fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi ölkə yollarında nəqliyyatın hərəkətinin tənzimlənməsi və problemlərin aradan qaldırılmasıdır.   

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi