Modern.az

Rusiya daha bir təşkilatdan ÇIXARILDI

Rusiya daha bir təşkilatdan ÇIXARILDI

Dünya

5 Mart 2022, 08:43

Baltik Dənizi Dövlətləri Şurasının üzvləri Rusiyanı təşkilatdan kənarlaşdırıblar.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, təşkilat üzvləri Rusiya ilə Şura çərçivəsində əməkdaşlığı dayandırmaq qərarına gəliblər.

 

Bundan əlavə, müşahidəçi ölkə statusuna malik olan Belarus da cəzalandırılıb. Bu addım Rusiyanın Ukraynaya qarşı müharibə aparması ilə əlaqələndirilib.

 

Xatırladaq ki, Baltik Dənizi Dövlətləri Şurası 1992-ci ildə Kopenhagendə yaradılıb. Ukrayna təşkilatda müşahidəçi ölkə statusuna malikdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu