“Bu məsələni Milli Məclisdə qaldıracağam və sona qədər bu insanları müdafiə edəcəyəm”. Bu sözləri Modern.az-a açıqlamasında deputat İqbal Ağazadə deyib. O, “Binə” Ticarət Mərkəzindəki aksiyada həbs olunan insanlarla bağlı ciddi araşdırma aparılmasını vacib sayır. Milli Məclisin üzvü bildirib ki, bu insanların etirazları dinlənilməli, onların etirazlarına adekvat cavab verməlidirlər.
“Nədən insanların hüquqları ilə oynayan, onları aşağılayan, təhqir edən, qeyri-qanuni ödəmələr tələb edən tərəfə heç bir söz deyilməsin!? Amma etiraz edən insanlar həbs olunsun. Bu addımı və polis zorakılığını pisləyirik”, – deyə deputat vurğulayıb.
Anar Kəlbiyev