Pentaqon və Rusiya Müdafiə Nazirliyi arasında birbaşa rabitə xəttinin yaradılması ağıllı addım olar.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi bildirib.
O, Rusiyanın Ukraynaya qarşı əməliyyata başlayandan bəri iki ölkənin yüksək rütbəli hərbi rəsmiləri arasında birbaşa əlaqələrin olmadığını söyləyib.
"ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Milly işğaldan sonra Rusiyanın Baş Qərargah rəisi General Gerasimovla danışmayıb. Müdafiə katibi Loyd Ostin Rusiya müdafiə naziri Şoyqu ilə əlaqə saxlamayıb”, - deyən Kirbi Rusiya ilə birbaşa əlaqələrin vacibliyinə diqqət çəkib.
Turqay Musayev