Modern.az

Tokioda yüzlərlə insan Rusiyaya qarşı etiraza qalxdı

Tokioda yüzlərlə insan Rusiyaya qarşı etiraza qalxdı

Dünya

5 Mart 2022, 11:54

Yaponiyanın paytaxtı Tokioda yüzlərlə insan Rusiyanın Ukraynaya qarşı hücumuna etiraz olaraq yürüş keçirib.

 

Modern.az xarici mətbuata istnadən xəbər verir ki, yerli sakinlər “Müharibəni dayandırın, həyatları qoruyun" şüarlarını səsləndiriblər. Bəziləri isə əllərində “Biz Ukraynanın yanındayıq” sözləri yazılmış lövhələr tutublar.

 

Bundan əlavə, şəhər sakinləri “Putini dayandırın” deyə dünya ictimaiyyətinə çağırış ediblər.

 

Xatırladaq ki, Rusiyanın Ukraynadakı nüvə zavodunu atəşə tutması və prezident Vladimir Putinin nəzərdə tutduğu nüvə müharibəsi hədəsi İkinci Dünya Müharibəsinin sonunda Xirosima və Naqasakidə atom hücumlarına məruz qalan Yaponiyada etirazlara səbəb olub.


Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu