Modern.az

Azərbaycan qaz anbarlarına görə Avropanı üstələyir

Azərbaycan qaz anbarlarına görə Avropanı üstələyir

İqtisadiyyat

5 Mart 2022, 12:06

Azərbaycanın illik qaz istehlakının 13 milyard kubmetr olduğu nəzərə alınarsa, ölkəmizdə daxili tələbatın təqribən 30 faizi nisbətində təbii qaz saxlama tutumu mövcuddur.

 

SOCAR-dan Modern.az-a verilən məlumata görə, Azərbaycanda Qalmaz və Qaradağ olmaqla iki yeraltı qaz anbarı mövcuddur və bu anbarların ümumi həcmi 3.5 milyard kubmetrə bərabərdir.

 

“Dünyada təbii qaza tələbatın kəskin artdığı bir dövrdə yeraltı qaz anbarlarının strateji əhəmiyyəti bir daha ortaya çıxır. Azərbaycan qaz anbarlarının həcminə görə bir sıra Avropa ölkələrini üstələyir. Hazırda ölkəmizdə yeraltı qaz anbarlarının həcminin 5 milyard kubmetrə çatdırılması istiqamətində işlər aparılır”, - məlumatda qeyd edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi