Modern.az

“Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova qisas alır” - İddia

“Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova qisas alır” - İddia

22 Yanvar 2013, 17:47


“Binə Ticarət Mərkəzi hələ Xəzər rayonu ərazisində olarkən, o zaman Kəbirə Məmmədovaya qarşı çıxan bəzi ticarətçilər indi rəhbərliyin qəzəbinə tuş gəlib. Ticarət Mərkəzindəki son aksiyadan sonra saxlanılanlara müəyyən cəzanın verilməsi bir növ digər işçilərə də necə deyərlər “dərs vermək” məqsədi daşıyır”.

Ticarət Mərkəzində çalışanların Modern.az-a verdiyi bu məlumata görə, son aksiyadan sonra Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova məsələnin ciddiliyini əlində bayraq edərək, vaxtilə ona qarşı çıxanları da öz üsulu ilə cəzalandırır. Ticarət Mərkəzi fəaliyyət göstərəndən bu günə kimi kim ki, öz hüquqlarını tələb edib, haqsızlığa qarşı çıxıb, rəhbərliyə hər hansısa şəkildə etiraz edibsə, indi Kəbirə Məmmədova həmin şəxsləri hədəfinə alıb. Hətta vəziyyət belə davam edərsə, Binə Ticarət Mərkəzində çalışan sahibkarlar oranı tərk edəcəklərini deyirlər.

Adlarının çəkilməsini istəməyən ticarətçilər bildiriblər ki, məsələ günü-gündən böyüyür və belə getsə, qarşısıalınmaz hal alacaq. Xırda sahibkarlar onu da deyiblər ki, Ticarət Mərkəzinə nəzarət edən polis işçiləri də Kəbirə Məmmədovanın yaxın qohumudurlar. O, yaxın qohumluq münasibətlərindən istifadə edərək, ona qarşı çıxanları müxtəlif bəhanələrlə tutdurur.

Gültəkin Ələsgər     

Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM