Modern.az

Ukrayna nümayəndəsinin ölümünün TƏFƏRRÜATI

Ukrayna nümayəndəsinin ölümünün TƏFƏRRÜATI

Aktual

5 Mart 2022, 16:28

Ukraynanın Rusiya ilə Qomel şəhərində həyata keçirdiyi danışıqlarda ölkənin nümayəndə heyətinin tərkibinə daxil olan Denis Kireyev öldürülüb.

 

Modern.az Ukrayna mediasına istinadən xəbər verir ki, o, dövlətə xəyanətə görə güllələnib.

 

Məlumata görə, Təhlükəsizlik Xidməti onun telefon danışıqlarını ələ keçirib. Telefon söhbətləri daxil olmaqla Kireyevin dövlətə xəyanətinə dair əsaslı sübutlar toplanılıb.

 

Faktla əlaqədar keçirilən əməliyyat zamanı Denis Kireyev saxlanılarkən başından güllələnərək öldürülüb.

 

D.Kireyev 1977-ci ildə Ukraynanın Kiyev şəhərində anadan olub. Uzun illər maliyyə sektorunda çalışıb.

 

Qeyd edək ki, fevralın 28-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında Belarusun Qomel şəhərində danışıqlar aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir