Ukrayna Hərbi Dəniz Qüvvələri Nikolayev ətrafında Rusiyanın 4 helikopterini vurub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təkcə bir dəniz piyadası 3 helikopteri zərərsizləşdirib.
Qeyd edək ki, Ukrayna hərbçiləri martın 5-dək Rusiyanın 39 döyüş təyyarəsi və 40 helikopteri vurub.