Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-a etiraz notası göndərib.
Modern.az xəbər verir ki, bu barədə TASS məlumat yayaıb.
Nota ABŞ səfiri Con Sallivana təqdim edilib. Buna səbəb kimi amerikalı senator Lindsi Qrahamın aqressiv bəyanatları göstərilir.
Qeyd edək ki, Qraham Rusiya Prezidenti Vladimir Putini hakimiyyətdən kənarlaşdıra biləcək şəxsin dünyaya böyük töhfələr verə biləcəyini demişdi.