Modern.az

Lənkəran ziyalıları adından İsa Qəmbərin əleyhinə müraciət yayıldı

Lənkəran ziyalıları adından İsa Qəmbərin əleyhinə müraciət yayıldı

23 Yanvar 2013, 09:34

Müsavat Partiyasının başqanı İsa Qənbərin Lənkərana yanvarın 27-də gözlənilən səfəri ilə əlaqədar Lənkəran ziyalılarının adından bəyanat yayılıb.

Lənkəran ziyalıları adından Modern.az saytına göndərilən müraciətdə bildirilib ki, 13 yanvar 2013-cü il tarixdə Lənkərana səfəri zamanı İsa Qəmbərin və siyasi həmfikirlərinin baş vermiş hadisələrlə əlaqədar rayon sakinlərinin ünvanına söylədiyi tənqidi ifadələri qətiyyətlə pisləyirlər.
”Məhz sizin bacarıqsız rəhbərliyiniz hesabına 1992-1993-cü illərdə Lənkəranda milli dövlətçiyimiz üçün çox təhlükəli hadisələr baş verdi.  Heç bir müqavimət göstərilmədən hakimiyyət separatçı quldur dəstəsinə təslim edildi. Nəinki Lənkəranda, bütün cənub bölgəsində siyasi sabitlik pozuldu, özbaşınalıq baş alıb getdi. Hər addımda insanlar silahlı quldurlar tərəfindən təhqir olunur, milli ayri-seçkiliyə məruz qalırdılar. Həmin hadisələr zamanı  böyük əziyyətlərlə üzləşən və sizlərin başsız qoyduğunuz lənkəranlılar həm dövlətçiliyimizin, həm də milli azadlığımızın müdafiəsinə qalxıb bütün qaragüruhları Lənkərandan qovdular. İndiki hadisələr göstərir ki, sizlər hələ də bu tarixi hadisələrdən dərs almamısınız”-deyə müraciətdə vurğulanıb.

Müraciətə imza atan şəxslər bildiriblər ki, lənkəranlı ziyalıların İsa Qəmbəri görüşə dəvət etdiyi barədə yayılan informasiyalar da əsassızdır.
”Lənkəranı yenidən Azərbaycanın alınmaz qalasına çevirib burada sabitlik, əminamanlıq və milli həmrəylik şəraiti qurublar. Biz bir daha Lənkəranda sabitliyin pozulmasına imkan verməyəcəyik.  Təəssüflər olsun ki, nə siz, nə də sizin siyasi həmfikirləriniz bu məlum həqiqəti dərk etmək istəmirsiniz... ....Doğurdanmı əhalinin sizə göstərdiyi münasibət sizə dərs olmamışdır. Düşünmürsünüzmü ki, xalq tərəfindən qovulduğunuz Lənkərana gəlişiniz siyasi iflasınızın son nöqtəsi olacaq. Onsuz da xalqın inam və etimadını tamamilə itirmisiniz”-deyə müraciət müallifləri bəyan ediblər. Onu da bildiriblər ki, ənkəranlılar bir daha İsa Qəmbərə layiq olan cavabı verəcəklər.

Müraciətə aşağıdakı şəxslər imza atıblar:

Rzayeva Siddiqə
Kələntərli Kamal
Əliyev Ələkbər
Məmmədov Sərhad
Əliyev Təvəkkül
Talışlı Mirhaşım
Canıyev Fəxrəddin
Böyükxanım Əliyeva
Bağırov Fərəməz
Əhədov Etibar
İltifat Saleh      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi