Modern.az

AZAL və “Buta Airways” Rusiyaya uçuşları DAYANDIRIR

AZAL və “Buta Airways” Rusiyaya uçuşları DAYANDIRIR

5 Mart 2022, 19:26

“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır.

 

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir.

 

"Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır", - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi