Ukraynada “Sky News” telekanalının 5 əməkdaşı yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson məlumat verib.
Məlumata görə, müxbirlərin hərəkət etdikləri avtomobilə atəş açılıb. Bildirilir ki, onlara hücum edən Rusiyanın kəşfiyyat bölüyü olub.
Bundan əvvəl BBC, CNN və "Bloomberg" Ukraynada fəaliyyətlərini müvəqqəti dayandırdıqlarını bildirmişdilər.