Modern.az

İsrailin Baş naziri Moskvadan Berlinə getdi - YENİLƏNİB

İsrailin Baş naziri Moskvadan Berlinə getdi - YENİLƏNİB

Dünya

6 Mart 2022, 00:53

İsrailin Baş naziri Naftali Bennet Moskvada keçirilən 3 saatlıq danışıqlardan sonra Berlinə yola düşüb.

 

Modern.az xəbər verir ki, Bennet Almaniya kansleri Olaf Şoltsla görüşəcək.

 

İsrail mətbuatı Baş nazirə yaxın mənbələrə istinadən bildirir ki, Bennettin səfəri ilə bağlı ABŞ-la yanaşı, Fransa və Almaniya da məlumatlı olub, eyni zamanda Ukrayna tərəfi ilə davamlı əlaqə saxlanılıb.

 

***

21:05

 

İsrailin Baş naziri Naftali Bennet Moskvaya səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə Bennetin mətbuat katibi məlumat yayıb.

 

Baş nazir hazırda Kremldə Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirir.

 

Qeyd olunur ki, tərəflər Ukrayna məsələsini müzakirə edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu